Bank Of Baku

Azərbaycanda ilk dəfə kitabxana-kitab mağazasının açılış mərasimi keçiriləcək

Azərbaycanda ilk dəfə kitabxana-kitab mağazasının açılış mərasimi keçiriləcək
# 14 yanvar 2009 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 16-da M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasında Azərbaycanda ilk dəfə kitabxana-kitab mağazasının açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiqlənən “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə pilot layihə - Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Azərbaycanda ilk dəfə olaraq kitabxana-kitab mağazasının yaradılması işi həyata keçirilib. Bu məqsədlə yaradılan kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında çap olunan və ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği və satışı reallaşacaq. Eyni zamanda Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis və digər xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar oxuculara təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR