Bank Of Baku

Əbülfəs Qarayev: “Nəriman Nərimanovun Tiflisdəki Ev Muzeyi yenidən tikiləcək”

Əbülfəs Qarayev: “Nəriman Nərimanovun Tiflisdəki Ev Muzeyi yenidən tikiləcək”
# 16 yanvar 2009 13:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Tiflisdə sökülən Nəriman Nərimanovun Ev Muzeyi yenidən tikiləcək. Bununla bağlı bu gün bizim nazirliyə Gürcüstanın Mədəniyyət və Mədəni İrs Nazirliyinin müqaviləsi daxil olub və mən o müqaviləni imzalayacağam”.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əblülfəs Qarayev deyib. Nazir bildirib ki, muzeyin sökülməsinə müqavilə əsasında razılıq veriləcək və müqavilədə göstərilən şərtlərin həyata keçirilməsini Gürcüstan tərəfi öz üzərinə götürməlidir. Ə. Qarayevin sözlərinə görə, sökülən binanın yerində Nəriman Nərimanovun vaxtilə yaşadığı ev sökülmüş evin şəkilli layihəsi əsasında yenidən qurulacaq: “Binada yenidən Nəriman Nərimanov muzeyi yerləşdiriləcək. Bu gün orada böyük yenidənqurma işləri aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR