Bank Of Baku

Əbülfəz Qarayev Yalçın Rzazadənin həyat yoldaşının işdən çıxarılması məsələsinə münasibət bildirib

Əbülfəz Qarayev Yalçın Rzazadənin həyat yoldaşının işdən çıxarılması məsələsinə münasibət bildirib
# 16 yanvar 2009 13:42 (UTC +04:00)
Bu sözləri APA-nın sualının cavabında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Ənvər Məmmədxanlı adına Kitabxananın fəaliyyətinin dayandırılması və xalq artisti Yalçın Rzazadənin həyat yoldaşı Roza Rzazadənin kitabxananın direktoru vəzifəsindən çıxarılmasında adının hallanmasına da münasibət bildirib: “Bu məsələdə adımı hallandırıb nə isə deyə bilərlər. Mən bundan çəkinmirəm, çünki biz işləyirik, islahatlar həyata keçiririk və bunu davam etdirəcəyik. Xalq artistinə də, digərlərinə də çox böyük hörmətim var. Amma bu o demək deyil ki, kimsə xalq artistidirsə, dövlət əmlakı onun xüsusi mülkiyyətinə çevrilməlidir. Dövlət əmlakından necə istifadə etmək dövlətin öz işidir. Həmin kitabxanada Bakı Turizm və İnformasiya Mərkəzinin yaradılmasını nəzərdə tuturuq. Çünki bunun üçün həmin yer daha yararlıdır”.

Ə. Məmmədxanlı adına Kitabxananın lazımi səviyyədə fəaliyyət göstərmədiyini və yararsız vəziyyətdə olduğunu bildirən Ə. Qarayev kitabxananın bərpa olunduqdan sonra Turizm və İnformasiya Mərkəzi kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb: “Bu bizim layihəmiz və planımızdır. Dövlət müəssisələrinin işini necə qurması dövlətdən asılıdır, orada işləyən müdirdən yox. Kitabxana müdiri işdən çıxa, pis işləsə işdən çıxarıla bilər. Yaxşı işlədikdə isə vəzifəsi artırılar. Pis işləyən və ya tamamilə keyfiyyətsiz xidmət göstərən kitabxanalar bağlanacaq, orada yeni turizm və ya mədəniyyət ocaqlarının xidməti üçün mərkəzlər yaradılacaq. Bu, davamlı və təyinatlı siyasətdir”.

Ə. Qarayev bu cür lazımsız söz-söhbətlərə son qoymağı lazım bilib: “Onu da bildirim ki, pis işləyən bütün işçilər ya işdən çıxarılacaq, ya da təyinatı dəyişdiriləcək. Eyni zamanda yararsız olan bütün kitabxanalar bağlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR