Bank Of Baku

Vyana Baş Kitabxanasında Azərbaycan guşəsi yaradılıb

Vyana Baş Kitabxanasında Azərbaycan guşəsi yaradılıb
# 17 yanvar 2009 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Vyana şəhər Baş Kitabxanasında Azərbaycan guşəsi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, guşədə klassik və müasir Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı nümunələri nümayiş etdirilir. Vyana Baş Kitabxanasının direktoru Markus Fayql kitabxanaya hədiyyə edilən kitablara görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Hədiyyə edilən kitablar kitabxananın elektron kataloquna daxil edilib. Kitabxananın rəhbərliyinə isə 2 kitab – yazıçı Mir Cəlalın “Azərbaycandan hekayələr” və şərqşünas-alim Erik Fayqlın “İpək Yolu odlar yurdundan keçərək - Azərbaycan tarixi” kitabı hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR