Bank Of Baku

Bakının “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə bağlı geniş tədbirlər planı hazırlanır

Bakının “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə bağlı geniş tədbirlər planı hazırlanır
# 21 yanvar 2009 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın paytaxtının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə bağlı geniş tədbirlər planı hazırlanır. APA-nın məlumatına görə, bununla bağlı jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, fevralın ikinci ongünlüyündən başlayaraq Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanacaq. Nazir hazırlanan tədbirlərin mədəniyyətin bütün sahələrini əhatə edəcəyini vurğulayıb: “Bu tədbirlər planı fevralın ortalarından ilin sonuna kimi bütün ayları əhatə edəcək. İncəsənət, mədəni irsin qorunması, ədəbiyyat və bir neçə muzeylərdə sərgilərin təşkili ilə bağlı layihələr həyata keçiriləcək. Eyni zamanda elm, təhsil, gənclərlə və qadınlarla iş sahələri də əhatə olunacaq”. Mədəniyyət və turizm naziri tədbirlərin Heydər Əliyev Fondunun rəhbərliyi ilə baş tutacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR