Bank Of Baku

Əbülfəs Qarayev: “Rüstəm İbrahimbəyovun 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq”

Əbülfəs Qarayev: “Rüstəm İbrahimbəyovun 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq”
# 21 yanvar 2009 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyovun 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, hazırda yubiley tədbirinin keçirilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı tədbirlər planı hazırlayır: “Rüstəm İbrahimbəyovun yubileyinin keçirilməsi üçün nazirlik olaraq üzərimizə düşən vəzifəni həyata keçirəcəyik. Digər mədəniyyət xadimləri kimi Rüstəm İbrahimbəyovun yubileyi də keçiriləcək. Yubileylə bağlı hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqı çərçivəsində hazırlıq görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR