Bank Of Baku

Azərbaycan və Gürcüstanın birgə çəkdiyi filmdə amerikalı fotomodel Debora Kidd də iştirak edib

Azərbaycan və Gürcüstanın birgə çəkdiyi filmdə amerikalı fotomodel Debora Kidd də iştirak edib
# 23 yanvar 2009 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Nərimanfilm” kinostudiyasında ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, prodüseri Nəriman Məmmədov olan “Sahə” (“The Precinct”) bədii tammetrajlı filminin montajı başa çatıb. Kinostudiyadan APA-ya bildirilib ki, filmin istehsalı bu ilin yazında başa çatmalıdır.

“Sahə” kino layihəsi Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (İFA-SC) iştirakı ilə işlənib hazırlanıb və Azərbaycanla Gürcüstanın ilk birgə layihəsi hesab olunur. Aktyor heyəti Azərbaycan, Gürcüstan, Fransa, Rusiya və ABŞ-dan olan aktyorlardan ibarətdir. Filmdə amerikalı (fransız) fotomodel Debora Kidd də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR