Bank Of Baku

Nəriman Nərimanovun Tiflisdəki ev muzeyinin yenidən qurulması haqqında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb

Nəriman Nərimanovun Tiflisdəki ev muzeyinin yenidən qurulması haqqında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb
# 23 yanvar 2009 16:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Nəriman Nərimanovun Tiflisdəki ev muzeyi yenidən qurulacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov APA-ya bildirib ki, 3 yanvar 2009-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyində N. Nərimanovun Tiflisdəki ev muzeyinin binasının yenidən qurulması (tikilməsi) ilə bağlı dövlətlərarası müqavilə sənədi imzalanıb.

İmzalanma mərasimində Gürcüstan tərəfindən dövlət nazirinin müavini Tamar Qamilaqdişvili, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Nikoloz Natbiladze, Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və muzey işi sektorunun müdiri Azadə Hüseynova iştirak ediblər. Müqaviləni Gürcüstan tərəfindən mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nikoloz Rurua, Tiflisin meri Qiqi Uqulava və “Apollo Q.S.” şirkətinin direktoru Şota Yevgenidze, Azərbaycan tərəfindən isə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR