Bank Of Baku

Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun yaranmasının 20 illiyi qeyd edilib

Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun yaranmasının  20 illiyi qeyd edilib
# 24 yanvar 2009 16:17 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu yaranmasının 20 illiyini qeyd edib. Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun müdiri Fariz Tağıyevin APA- nın Qərb bürosuna verdiyi məlumatat görə, 1988-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilsə də, bura yalnız 1989-cu ildə qoruq kimi fəaliyyətə başlayıb. Qoruğun ümumi sahəsi 1482 hektardır. Bu ərazidə 600 yaxın tarix və mədəniyyət abidəsi qorunur. Bunlardan 40-ı təxminən qədim Gəncənin ərazisinə, 500-dən artığı isə müasir Gəncənin ərazisinə düşür. Qorugun kollektivi 20 ildir ki, Gəncənin tarixi və mədəni abidələrini tədqiqi və qorunması yöndə işlər aparır: “Biz bundan sonra da səylə çalışacağıq ki, gəncənin tarixinin öyrənilməsində və gələcək nəsillərə ötürülməsində yaxından iştirak edəcik. Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun kollektivi yaz aylarında kəşfiyyat xarakterli arxeoloji qazıntılara başlayacaq. Qazıntı antik dövr və erkən əsrlərə aid tarixi eksponatlar tapılan ərazidə başlanılacaq. Tapılan eksponatlar eramızdan əvvəl 3-4 əsrə aiddir. Bu da Gəncənin tarixinin 2500 ildən daha cox olmasını təsdiqləyir”.

Qeyd edək ki, yubiley münasibətilə Qoruq Fondu, Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvinin xatirə ev muzeyinin eksponatları nümayiş olunub,
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR