Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərə martda təqdim olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərə martda təqdim olunacaq
# 26 yanvar 2009 08:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi təsis etdiyi “Zirvə” mükafatı bu il də həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, “Zirvə” mükafatı 2008-ci ildən etibarən teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair geniş planlı proqramlar və layihələr üzrə yaradılmış əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat hər biri 5000 (beş min) manat olmaqla mədəniyyətin müxtəlif sahələrinə təqdim olunacaq. Mükafatlar mart ayında mədəniyyət və turizm nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir. Mükafata təqdimatlar fevralın 15-dək qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR