Bank Of Baku

“Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək

“Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək
# 27 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bir müddət Milli Məclisdə müzakirə olunan “Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” qanun layihəsi qəbul edilməyəcək. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib. Komissiya sədri deyib ki, “Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” qanun layihəsinə daxil olan müddəalar “Mədəniyyət haqqında” qanunun tərkibinə ayrıca bölmə kimi salınacaq. Onun sözlərinə görə, hazırda “Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı iş gedir: “Ola bilər ki, mədəniyyət sahəsinə aid bütün sənədlər bir yerdə Mədəniyyət Məcəlləsi şəklində qəbul edilsin. Hələlik biz bu sənədlər üzərində ciddi işləyirik”.

N. Cəfərov yaradıcı təşkilatların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı yaranan mübahisənin də həllini tapdığını deyib: “Yaradıcılıq təşkilatlara dövlət tərəfindən maddi, mənəvi və digər yardımlar göstərilə bilər. Bunun forma və qaydalarını isə müvafiq icra hakimiyyəti müəyyənləşdirəcək. Təbi ki, yaradıcı təşkilatlara göstərilən münasibət adi QHT-lərə göstərilən münasibətdən fərqlənməlidir. Ancaq bu gün QHT-lər də dövlət tərəfindən maliyyələşdirilir. Hesab edirik ki, qanunvericilikdə bu məsələlər mükəmməl şəkildə öz həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR