Bank Of Baku

“Aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi keçirilib

“Aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi keçirilib
# 02 fevral 2009 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində “Aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diskin Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Maison des cultures da monde” Assosiasiyası arasında imzalanmış müqaviləyə əsasən istehsal olunduğunu bildirib. O, Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması üçün müvafiq fayl hazırlanaraq təşkilata təqdim olunduğunu söyləyib. Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, Fransanın “Maison des cultures du monde” Assosiasiyasının əməkdaşı Pyer Bua, UNESCO-nun eksperti Sənubər Bağırova da tədbirdə çıxış ediblər. Sonda aşıq yaradıcılığına həsr olunmuş qısametrajlı sənədli film göstərilib və aşıq musiqisi konserti təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR