Bank Of Baku

Rüstəm İbrahimbəyovun 70 illik yubileyi qeyd olunub

Rüstəm İbrahimbəyovun 70 illik yubileyi qeyd olunub
# 02 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yazıçılar Birliyində Azərbaycanın xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun 70 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri Anar R. İbrahimbəyovun həyat və yaradıcılığından danışıb. O, R. İbrahimbəyovun əsərlərinin müxtəlif dillərdə işıq üzü gördüyünü söyləyərək bildirib ki, nəinki Azərbaycan, keçmiş sovet kinematoqrafiyasının da 30 illik tarixinin ən parlaq səhifələri Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Çingiz Abdullayev və digər mədəniyyət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR