Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalisti fəxri fərmanla təltif edib

Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalisti fəxri fərmanla təltif edib
# 02 fevral 2009 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün 2 fevral – Gənclər Günü münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi 2008-ci ildə keçirilən tədbirlərdə fəal iştirak etdiyi üçün bir qrup jurnalisti fərmanla təltif edib. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov fəxri fərmanları jurnalistlərə təqdim edib. Tədbir daha sonra gənc xanəndə və qiraətçilərin iştirakı ilə “Bayatı-Şiraz dəstgahı” adlı muğam və qiraət axşamı ilə davam etdirilib. Proqramda 2005-ci ildə keçirilmiş I Muğam televiziya müsabiqəsinin laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Bəyimxanım Mirzəyeva və Vəfa Orucova, həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-2008-ci illərdə keçirilən “Deyilən söz yadigardır” Respublika bədii qiraət müsabiqəsinin laureatları Elnar Qarayev, ElnarəYusubova və Sona Həsənova iştirak ediblər.
Qeyd edək ki, fəxri fərmanla təltif edilən jurnalistlər arasında APA-nın əməkdaşı Ülkər Qasımova da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR