Bank Of Baku

Uşaq xor kollektivlərinin respublika müsabiqəsi keçiriləcək

Uşaq xor kollektivlərinin respublika müsabiqəsi keçiriləcək
# 04 fevral 2009 08:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprel ayı boyunca uşaq xor kollektivlərinin respublika müsabiqəsi keçiriləcək. Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişafı, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsidir. Müsabiqədə tərkibi 25 nəfərdən az olmamaqla uşaq xor kollektivləri iştirak edəcək. Müsabiqədə müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər ifa olunmalıdır. Proqrama klassik musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər. Müsabiqənin yekunları üzrə yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən ediləcək. Müsabiqədə iştirak etmək üçün ərizə və çıxış proqramı 2009-cu il martın 20-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR