Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qu gölü” baletinin nümayişi keçiriləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qu gölü” baletinin nümayişi keçiriləcək
# 04 fevral 2009 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr İliç Çaykovskinin “Qu gölü” baletinin nümayişi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, tamaşada iştirak etmək üçün teatrın rəhbərliyi Sankt-Peterburqun Marinski adına Opera və Balet Teatrının aparıcı solisti, Rusiyanın əməkdar artisti Anastasiya Koleqovanı dəvət edib. A. Koleqova tamaşada Odetta-Odilliya partiyasını ifa edəcək. A. Koleqova balet artistlərinin Böyük Britaniya, Almaniya, Yaponiya və İsveçrədə keçirilən beynəlxalq müsabiqələrinin qızıl medalları və birinci mükafatlarına layiq görülüb. Parisdə dərc olunan “Fiqaro” qəzeti Anastasiyanı “XXI əsrin qızıl balerinası” adlandırıb. Tamaşada A. Koleqovanın tərəf-müqabili kimi şahzadə Ziqfrid rolunda çıxış etmək üçün Mariinski Teatrın aparıcı solisti, Rusiyanın əməkdar artisti Danil Korfuntsev dəvət olunub. Qastrolçularla yanaşı “Qu gölü” baletində digər əsas partiyaları Azərbaycan Dövlət Akademik Oprea və Balet Teatrı balet truppasının aparıcı solistləri - əməkdar artistlər Gülağası Mirzəyev, Yuri Lobaçov, Samir Səmədov, Rimma İsgəndərova, Yelena Skomoroşenko, gənc solist Timur Əsgərov və başqaları çıxış edəcəklər. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR