Bank Of Baku

Vasif Adıgözəlovun xatirə gecəsi keçirilib

Vasif Adıgözəlovun xatirə gecəsi keçirilib
# 04 fevral 2009 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Tofiq Quliyev adına 12 saylı Musiqi Məktəbində xalq artisti, mərhum bəstəkar Vasif Adıgözəlovun xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru Gülnarə Səfərova Vasif Adıgözəlovun həyat və yaradıcılığından danışıb. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Vasif Adıgözəlovun Azərbaycan mədəniyyətinin və bəstəkarlıq məktəbinin tanıdılmasında danılmaz xidmətləri olduğunu qeyd edib. Bəstəkarın oğlu, dirijor Yalçın Adıgözəlov atasının daim xalq tərəfindən sevildiyini və yad edildiyini bildirib. Tədbirdə bəstəkar Tofiq Bakıxanov, piano ifaçısı Murad Hüseynov, əməkdar artist Aybəniz Haşımova da ürək sözlərinin söyləyiblər. Sonra musiqi məktəbinin şagirdlərinin ifasında bəstəkarın müxtəlif əsərləri səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR