Bank Of Baku

Hadisə Azərbaycanda konsert verəcək

Hadisə Azərbaycanda konsert verəcək
# 05 fevral 2009 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” yarışmasında Türkiyəni təmsil edəcək Hadisə Açıqgöz Bakıda konsert verəcək. Konsertin təşkilatçısı, “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, artıq sənətçi ilə danışıqlar aparılıb və razılıq əldə olunub. Konsertin yeri və vaxtı da müəyyənləşib. N. Emiloğlunun sözlərinə görə, Hadisə aprelin mayın 11-də Heydər Əliyev Sarayında möhtəşəm şou ilə pərəstişkarlarının görüşünə gələcək: “Hadisə ilə danışıqlarımız oldu və o, təklifi müsbət dəyərləndirdi. Ümidvaram ki, onun Bakı konserti həqiqətən də rezonans doğuracaq, hamı bu konsertdən məmnun qalacaq”. Təşkilatçısı konsertin biletlərinin qiymətinin hələlik müəyyənləşdirilmədiyini söyləyib.

Qeyd edək ki, Hadisənin Bakı konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR