Bank Of Baku

Tofiq Quliyevin xatirə gecəsi keçiriləcək

Tofiq Quliyevin xatirə gecəsi keçiriləcək
# 05 fevral 2009 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 11-də Muzey Mərkəzində görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Quliyevin xatirə gecəsi keçiriləcək. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya açıqlamasında deyib ki, tədbirdə bəstəkarın musiqisinin səsləndiyi filmlərdən fraqmentlər nümayiş etdiriləcək. Elə həmin gün Muzey Mərkəzində T. Quliyevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təşkil olunacaq. Tamaşaçılar sərgidə 44 fotoşəkil görə biləcəklər. Tədbirlərdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR