Bank Of Baku

Azərbaycan təmsilçisi Aysel Teymurzadənin “Eurovision-2009” müsabiqəsində ifa edəcəyi mahnı müəyyənləşib

Azərbaycan təmsilçisi Aysel Teymurzadənin “Eurovision-2009” müsabiqəsində ifa edəcəyi mahnı müəyyənləşib
# 06 fevral 2009 07:23 (UTC +04:00)
APA-nın “Eurovision” müsabiqəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, “Eurovision-2009” musiqi yarışmasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün 30-a yaxın bəstəkar İTV-yə mahnısını təqdim edib.

A. Teymurzadənin ifa edəcəyi mahnı isə İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti tərəfindən seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR