Bank Of Baku

Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda İnformasiya Mərkəzinin açılışı olub

Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda İnformasiya Mərkəzinin açılışı olub
# 06 fevral 2009 09:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda İnformasiya Mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabxananın müdiri Nüşabə Ələkbərova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd əhalinin informasiyaya olan tələbatının daha geniş və operativ şəkildə ödənilməsindən ibarətdir. Onun sözlərinə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və M. F. Axundov adına Milli Kitabxananın birgə yaratdıqları informasiya mərkəzi vasitəsilə ilə oxucular Milli Kitabxananın fondunda olan bütün kitablara dərhal çıxış imkanı qazanacaqlar.
Milli Kitabxananın direktoru Kərim Tahirov isə bildirib ki, gələcəkdə Bakının bütün rayonlarındakı kitabxanalarda belə informasiya mərkəzləri yaradılacaq: “Bu kitabxana Milli Kitabxananın lokal şəbəkəsinə qoşularaq oxuculara xidmət göstərən ilk kitabxanadır. Milli Kitabxanada olan bütün informasiyaları elektron resurslar vasitəsilə digər kitabxanalara da veririk və bununla da oxucular üçün məkan problemi aradan qaldırılır”.
K. Tahirovun sözlərinə görə, informasiya mərkəzi vasitəsilə oxucular Avropa elektron kitabxanasına, o cümlədən 47 ölkənin milli kitabxanalarının, Amerika Konqres Kitabxanasının və Rusiya Dövlət Kitabxanasının fondlarına da daxil ola bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR