Bank Of Baku

İslam Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurasının ikinci toplantısı Bakıda keçiriləcək

İslam Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurasının ikinci toplantısı Bakıda keçiriləcək
# 06 fevral 2009 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İslam Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurasının ikinci toplantısı bu ilin aprel ayında Bakıda keçiriləcək. M. F. Axundov adın Milli Kitabxananın direktoru Kərim Tahirovun APA-ya verdiyi məlumata görə, sözügedən tədbir 2009-cu ilin Bakının İslam mədəniyyətin paytaxtı elan olunması ilə əlaqədar keçirilir. Konfransla yanaşı, Milli Kitabxanada islam ölkələrinin milli kitabxanalarında saxlanılan ən qiymətli və qədim kitabların sərgisi də açılacaq.
Bu ayın 19-da isə Milli Kitabxanada Bakının tarixinə aid, bir neçə islam ölkəsinin dilinə tərcümə olunmuş kitabın təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR