Bank Of Baku

MDB ölkələrinin milli kitabxanalarının vahid portalı gələn il istifadəyə veriləcək

MDB ölkələrinin milli kitabxanalarının vahid portalı gələn il istifadəyə veriləcək
# 06 fevral 2009 10:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. MDB ölkələrinin milli kitabxanalarının vahid portalı gələn il istifadəyə veriləcək. Bu barədə APA-ya M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov deyib. Onun sözlərinə görə, vahid portalın yaradılması ideyası Avrasiya Kitabxanalar Assambleyası qeyri-kommersiya təşkilatının ötən il keçirilən 10-cu toplantısında qərara alınıb. Hazırda vahid portalın yaradılması üzərində iş gedir. K. Tahirov bildirib ki, artıq Azərbaycan kitabxanalarının portalı yaradılıb və bu portal gələcək MDB ölkələrinin kitabxanalarının vahid portalına daxil olacaq. Vahid portalın yaradılması ilə MDB məkanında yaşayan insanlar digər birlik ölkələrinin milli kitabxanalarının fondlarında saxlanan kitablarla yanaşı həmin ölkələrdə çıxan dövri mətbuatla da gündəlik tanış olmaq imkanı qazanacaqlar. Portalın yaradılmasının texniki tərəfləri isə Avrasiya Kitabxanalar Assambleyası qeyri-kommersiya təşkilatının bu il noyabrında keçiriləcək toplantısında müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR