Bank Of Baku

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 06 fevral 2009 16:33 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 ili tamam olur.
Sənədə görə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Muxtar Respublikanın 85 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Sərəncama görə, Nazirlər Kabineti bu sənəddən irəli gələn məsələləri həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR