Bank Of Baku

Skandinaviya ölkələrinin bir qrup rəssam və heykəltəraşı xüsusi layihə əsasında 1 il Azərbaycanda yaradıcılıqla məşğul olacaq

Skandinaviya ölkələrinin bir qrup rəssam və heykəltəraşı xüsusi layihə əsasında 1 il Azərbaycanda yaradıcılıqla məşğul olacaq
# 07 fevral 2009 08:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Skandinaviya ölkələrini təmsil edən 5 rəssam və heykəltəraş martın 10-da Bakıya gələcək. Bu barədə APA-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev məlumat verib. Onun sözlərinə görə, Skandinaviya ölkələrinin birgə fondu olan Mədəniyyətin İnkişafı Fondu tərəfindən dəstəklənən layihə çərçivəsində rəssam və heykəltəraşlar bir il Bakıda yaşayacaqlar. İl ərzində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 4 mədəniyyət evi və 1 kitabxanada yaradıcılıqla məşğul olacaq sənətkarlar sonda yaratdıqları bütün əsərləri Azərbaycana hədiyyə edəcəklər.

Ə. Əliyev bildirib ki, layihənin icrası ilə əlaqədar xüsusi film də hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR