Bank Of Baku

Naxçıvanda xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında sərəncam imzalanıb

Naxçıvanda xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında sərəncam imzalanıb
# 08 fevral 2009 09:06 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisi sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncam imzalayıb. APA-nın yerli bürosunun məlumatına görə, sərəncama əsasən, regionda xalq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin daha geniş və sistemli təbliği məqsədilə Novruz bayramı şənliklərində xalq yaradıcılığı günləri keçiriləcək.

Sərəncamın müvafiq bəndlərində muxtar respublikada mövcud xalq teatrları və folklor ansambllarının fəaliyyətinə hərtərəfli kömək göstərilməsi, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi və MR Bəstəkarlar İttifaqı ilə birlikdə xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı saz havalarının tədqiqi və təbliği, eləcə də qədim çalğı alətlərinin tətbiqinə diqqətin artırılması barədə göstərişlər əksini tapıb.

Sənəddə AMEA Naxçıvan bölməsinə region ərazisində mövcud etnoqrafik və folklor materiallarının yenidən toplanılaraq sistemləşdirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlərin görülməsi, əldə olunmuş materiallar əsasında “Naxçıvan Folkloru Antologiyası”nı hazırlayıb nəşr edilməsi, Naxçıvan folkloru atlasının işlənib hazırlanması, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə təbliği üçün təcili tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 600-a qədər üzvü olan 50 folklor kollektivi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR