Bank Of Baku

“Dələduz”un premyerası keçiriləcək

“Dələduz”un premyerası keçiriləcək
# 09 fevral 2009 10:21 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova - APA. Azərbaycan Gənc Tamaşaçılar Teatrında Nəcəf bəy Vəzirovun “Dələduz” əsərinin premyerası keçiriləcək. Teatrın baş direktoru Mübariz Həmidovun APA-ya verdiyi məlumata görə, premyera fevralın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında olacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə gənc rəssam Orxan Kərimovdur. Rollarda xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Elnur Kərimov, Rasim Cəfərov, Günel Məmmədova oynayacaqlar. M. Həmidovun sözlərinə görə, teatrın kollektivi “Zoluşka” nağılının Azərbaycan dilində premyerasına da hazırlaşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR