Bank Of Baku

Əbülfəs Qarayev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009” Mədəniyyət İlinin başlanması münasibətilə mətbuat konfransı keçirəcək

Əbülfəs Qarayev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009” Mədəniyyət İlinin başlanması münasibətilə mətbuat konfransı keçirəcək
# 10 fevral 2009 09:45 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova - APA. Fevralın 18-də “Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009” Mədəniyyət İlinin təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 17-də mətbuat konfransı keçirəcək. Mətbuat konfransı saat 12.00-da M. F. Axundov adına Milli Kitabxanada keçiriləcək.

Qeyd edək ki, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009“ Mədəniyyət İlinin rəsmi açılış mərasimi Heydər Əliyev adına Respublika Sarayında saat 12.00-da başlayacaq. Mədəniyyət İlinin açılışı münasibətilə elə həmin gün saat 19.00-da Nizami adına Milli Ədəbiyyat Muzeyi və Kukla Teatrının qarşısında paytaxt sakinləri üçün konsertlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR