Azərbaycanda keçiriləcək “Eurovision 2009” Rəqs müsabiqəsinin aparıcısı dünya şöhrətli ulduz olacaq
“Eurovision 2009” Rəqs müsabiqəsinin Azərbaycanda keçirilməsinə münasibət bildirən gənclər və idman naziri Azad Rəhimov bu cür nüfuzlu müsabiqənin ölkəmizdə keçirilməsinə şad olduğunu deyib: “Bizim üçün “Eurovision 2009” Rəqs müsabiqəsinin ölkəmizdə keçirilməsi böyük şərəfdir. Gənclər və İdman Nazirliyi olaraq, Avropa Yayım Birliyi ilə müsabiqənin təşkilati məsələlərinə məsul olan İctimai Televiziyaya lazımi dəstəyi göstərəcəyik. Yarışın tamamilə yeni, nüfuzlu səviyyədə keçirilməsi üçün biz əlimizdən gələni edəcəyik“.
İctimai Televiziya və Radio Verilişləri (İTV) şirkətinin sədri İsmayıl Ömərov isə Avropa Yayım Birliyinə Azərbaycana göstərdiyi etimadına görə təşəkkürümü bildirib: “Öz tərəfimdən əmin etmək istəyirəm ki, biz nəinki yarış iştirakçıları, eyni zamanda milyonlarla Avropa izləyicisi üçün yarışı unudulmaz edəcəyik“. Qeyd edək ki, Azərbaycan İdman Rəqsləri Federasiyası müsabiqənin keçirilməsində İTV və Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq edəcək. Federasiyasının prezidenti Murad Rəhimov bildirib ki, hələ ötən ilin dekabr ayında, Cenevrə şəhərində layihənin təqdimatı ərəfəsində Avropa Yayım Birliyi konstruktiv və dəqiq mövqe nümayiş etdirib: “Mən əminəm ki, bu əməkdaşlıq bəhrəsini verməklə bərabər, mükəmməl şouya çevriləcək”.
“Eurovision 2009” rəqs müsabiqəsinin təşkilati məsələlərində Azərbaycana “Euromedia & Luxen” şirkətlər qrupu dəstək verəcək. Şirkətlər qrupunun fəaliyyətinə 2005-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Eurovision” müsabiqəsinin, eyni zamanda 2004-cü ildə müsabiqənin qalibi olmuş Ruslananın Avropa turnesi üçün konsertlərinin təşkili, 2008-ci ildə “Eurovision” və “Eurovision” Rəqs müsabiqəsinə ilk dəfə qatılmış Azərbaycana dəstək kimi məsələlər daxildir. Şirkət Avropa Yayım Birliyinin Balkan ölkələri, Mərkəzi-Şərqi Avropa ölkələri və MDB üzrə tərəfdaşı sayılır.
Qeyd edək ki, “Eurovision 2009” Rəqs müsabiqəsində bir sıra yeniliklər də olacaq. Təşkilatçılar iştirakçı dövlətlərin sayının artmasını “”Eurovision 2009” Rəqs müsabiqəsinin ən mühüm öhdəliklərdən sayırlar. Müsabiqənin aparıcısı dünya şöhrətli ulduz olacaq. Müsabiqədə dünya səviyyəsində məşhur olan ulduzun aparıcı qismində iştirakı nəzərdə tutulub. İTV tərəfindən danışıqlarının aparılması nəzərdə tutulan ulduzun adı hələlik açıqlanmır.
Təşkilatçılar artıq əlavə olaraq yüksək şəkildə Avropa kanallarına canlı ötürüləcək şounu reallaşdırmağı planlaşdırırlar. Bu televiziya məhsulu “Eurovision 2009”-u yayımlayan bütün Avropa Yayım Birliyinin üzvləri üçün mümkün olacaq.
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq