Bank Of Baku

Muğam sənətinə həsr olunmuş film çəkilir

Muğam sənətinə həsr olunmuş film çəkilir
# 14 fevral 2009 08:49 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova - APA. Azərbaycanda muğam sənətinə həsr olunmuş sənədli film çəkilir. Bu barədə APA-ya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Filmin rejissoru tanınmış klipmeyker Emin Mirabdullayevdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən sənədli filmin adı yaxın günlərdə müəyyənləşdiriləcək. Sənətkarların fikirləri və maraqlı arxiv materiallarının əksini tapacağı filmin ssenari müəllifi Azərbaycan Milli Konservatoriyasının müəllimi Şəhla Mahmudovadır. Filmdə Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun Bülbül adına orta ixtisas Musiqi Məktəbində apardığı dərs və gənc xanəndə Səbuhi İbayevin ifasında “Qarabağ şikəstəsi” lentə alınıb. Bundan başqa, yazıçı Anarın çıxışı və onun həyat yoldaşı, musiqişünas Zemfira Səfərovanın xanəndə Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarından ibarət süjet çəkilib. Filmdə Heydər Əliyev Fondunun sektor müdiri Nadir Axundovun və görkəmli xanəndə Alim Qasımovun fikirləri də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR