Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “Biri vardı, biri yox” nağıl-pyesini səhnələşdirəcək

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “Biri vardı, biri yox” nağıl-pyesini səhnələşdirəcək
# 14 fevral 2009 09:45 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı məşhur rus bəstəkarı Sergey Prokofyevin “Biri vardı, biri yox” nağıl-pyesini səhnələşdirəcək. Teatrın mətbuat xidmətinın katibi Ağca Muxtarova APA-ya bildirib ki, bu tamaşa 2009-ci ilin “Uşaq ili” elan olunması münasibətilə azyaşlı tamaşaçılara teatrın ərməğanıdır. Tamaşanın quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrından dəvət olunmuş Nicat Kazımov, quruluşçu rəssamı isə Elşən Babazadədir. Rolları Boris Qrafkin, Elnur Kərimov, Əliməmməd Novruzov, Elnarə Yusubova, Ziyadxan Cəbrayılov, Elməddin Dadaşov, Marina Litvinenko, Emil Heydərov, Hüseyn Əlili, Tural Ağasıyev və başqaları ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR