Bank Of Baku

Azərbaycan prezidenti Bəxtiyar Vahabzadə ilə vida mərasimində iştirak edir

Azərbaycan prezidenti Bəxtiyar Vahabzadə ilə vida mərasimində iştirak edir
# 14 fevral 2009 11:42 (UTC +04:00)
Mərasim Bakı Dövlət Universitetində keçirilir. APA-nın vida mərasimini izləyən əməkdaşının sözlərinə görə, prezident xalq şairinin ailə üzvlərinə başsağlığı verib.

Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edib. Nazir Bəxtiyar Vahabzadənin keçdiyi ömür yolu, onun müəllim, şair, ziyalı və ictimai xadim kimi dəyərlərindən danışıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Bakı Universitetinin qarşısında yüzlərlə insan toplaşıb. Xalq şairi ilə vida mərasimi saat 15.00-də başa çatacaq.

B. Vahabzadə Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, B. Vahabzadə uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR