Bank Of Baku

Azərbaycanın xalq rəssamı Məmməd Hüseynovun 80 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək

Azərbaycanın xalq rəssamı Məmməd Hüseynovun 80 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək
# 16 fevral 2009 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq rəssamı, uzun illər Azərbaycan kinosunda çalışmış kino rəssam Məmməd Hüseynovun 80 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək. Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq gecə martın 11-də Muzey Mərkəzində gerçəkləşəcək. Film Fondun rəhbəri, əməkdar incənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, M.Hüseynov Azərbaycanın bir çox məşhur bədii filmlərinin quruluşçu rəssamı olub. Bu filmlər sırasında “Ögey ana”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Böyük dayaq”, “Əhməd haradadır”, “Asif, Vasif, Ağasif”, “O qızı tapın”, “Sehirli xalat”, “Səhər”, “Bizim küçə”, “Kölgələr” və digərləri var. Həmin gün Muzey Mərkəzinin foyesində kino rəssamının həyat və yaradıcılığını əks etdirən fotosərgi də təşkil olunacaq. Görkəmli rəssamın yubiley tədbirləri çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sərgi qalereyerasında M. Hüseynovun rəsm əsərlərindən ibarət sərginin də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR