Bank Of Baku

Azərbaycanın ilk rəngli filmlərindən olan “Doğma xalqımıza” filmi bərpa olunub

Azərbaycanın ilk rəngli filmlərindən olan “Doğma xalqımıza” filmi bərpa olunub
# 16 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın ilk rəngli filmlərindən biri olan və 1954-cü ildə istehsal olunan “Doğma xalqımıza” filmi Rusiya Dövlət Film Fondu tərəfindən bərpa olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. O bildirib ki, “Doğma xalqımıza” adlı filmin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli, baş operatoru isə Əlisəttar Atakişiyevdir. Bir saat həcmində olan filmdə görkəmli müğənnilər Rəşid Behbudov, Bülbül, məşhur rəqqaslar Qəmər Almazsadə, Leyla Vəkilova, Rəfiqə Axundova və başqaları çəkiliblər. Filımdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Tofiq Quliyevin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun əsərləri də ifa olunub. Filmdə “Koroğlu, “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız qalası”, “Gülşən” baletlərindən fraqmentlərdən də istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR