Bank Of Baku

“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilib

“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilib
# 16 fevral 2009 14:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə gənclər arasında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” mövzusunda fotomüsabiqəyə start verilib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd 8 mart Beynəlxalq Qadınlar Gününün yaradıcı gənclər arasında qeyd olunması, onların qadına münasibətdə hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarətdir. Müsabiqədə yaşı 14-29 olan gənclər iştirak edə bilərlər. Müsabiqə üçün fotoların qəbulu fevralın 25-nə qədər davam edəcək. Müsabiqə qaliblərini GİN-in nəzdində yaradılmış Münsiflər heyəti seçəcək. Müsabiqə qalibləri GİN tərəfindən təsis edilmiş qiymətli hədiyyə və Fəxri Fərmanlarla təltif ediləcək. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması martın 9-da keçiriləcək yekun sərgidə elan ediləcək. Müsabiqədə iştirak edən fotoşəkillər sərgiyə həsr olunmuş kataloqda nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR