Bank Of Baku

Naxçıvanda «Uşaq Filarmoniyası» yaradılacaq

Naxçıvanda «Uşaq Filarmoniyası» yaradılacaq
# 17 fevral 2009 07:24 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin bazasında «Uşaq Filarmoniyası» yaradılacaq. APA-nın yerli bürosunun məlumatına görə, bu ildən etibarən filarmoniyanın yaradılması üçün hazırlıq işlərinə başlanılması nəzərdə tutulur. Yeni uşaq müəssisəsinin yaradılması 2009-cu ilin «Uşaq ili» elan edilməsi ilə əlaqədar MR-də həyata keçiriləcək tədbirlər planına əsasən baş tutacaq.
Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, 2009-cu ilin Naxçıvanda «Uşaq ili» elan olunması ilə əlaqədar Ali Məclis sədri Vasif Talıbovun 14 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən cari il ərzində regionun ümumtəhsil məktəblərində təhsil alan istedadlı uşaqlar haqqında müvafiq məlumat bankı yaradılması, toplanmış məlumatların təhlil edilərək müvafiq təkliflərin hazırlanması, may ayında «KİV-in uşaqların tərbiyəsinə təsiri» mövzusunda muxtar respublika konfransının təşkili nəzərdə tutulur.

Tədbirlər planında həmçinin bu il Naxçıvan şəhərində Uşaq-Gənclər Yaradıcılıq sarayının, Şahmat Mərkəzinin, Naxçıvan MR Doğum Mərkəzinin istifadəyə veriləcəyi, uşaqlara daha yüksək stasionar xidmətin göstərilməsi üçün müvafiq tibb müəssisələrinin maddi-texniki bazalarının daha da gücəndirilməsi, may-iyun aylarında uşaqlar arasında irsi və genetik xəstəliklərin profilaktikası məqsədilə muxtar respublikada sitogenetik laboratoriyanın yaradılması və uşaqlarla bağlı bir sıra kütləvi tədbirlərin keçirilməsi də qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR