Bank Of Baku

Sabah “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək

Sabah “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək
# 17 fevral 2009 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu münasibətlə mətbuat konfransı keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda təşkil olunan açılış tədbirlərinə bir sıra Avropa və islam ölkələrindən şəhər merlərinin, dörd ölkənin nazir və nazir müavinlərinin, eyni zamanda mədəniyyət nazirlərinin dəvət edildiyini bildirib. Açılışda İSESCO-nun baş direktoru da iştirak edəcək. Ə. Qarayev fevralın 18-də Heydər Əliyev Sarayında xüsusi tədbirin, iki gün müddətində şəhərin mərkəzi meydanlarında şənliklərin keçiriləcəyini, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı -2009” vebsaytının və “Qədim Bakı” kitabının təqdimatının olacağını deyib: “Ümumiyyətlə, il ərzində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Bu il həmçinin islam ölkələri mədəniyyət nazirlərinin VI konfransı olacaq. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq “Bakı prosesi” çərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırılir. Keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağında unikal çoğrafi mövqeyi, dözümlülük və icmalarası sülh ənənələri, mədəni və etnik rəngarənglik şəraitində yaşayan Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynamasını bir daha təsdiqləyəcək”. Nazir qeyd edib ki, artıq “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009”la bağlı hazırlanan reklam rolikləri CNN və “Əl Cəzirə”də nümayiş olunur. İl ərzində maraqlı tədbirlərin keçiriləcəyini vurğulayan Ə. Qarayev bu həftənin sonuna kimi bütün muzey və qoruqlarda “açıq qapı” elan olunduğunu da diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR