Bank Of Baku

İsveçrədə “Azərbaycan ili” keçiriləcək

İsveçrədə “Azərbaycan ili” keçiriləcək
# 17 fevral 2009 11:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yaxın aylarda İsveçrədə “Azərbaycan ili” çərçivəsində tədbirlər keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, İsveçrədə “Azərbaycan ili”nin keçirilməsi qərarı bir müddət əvvəl verilib: “Bu tədbirlər yaz aylarından başlayaraq dörd ay müddətində keçiriləcək. Azərbaycan mədəniyyətinin bütün sahələrini əks etdirən xüsusi tədbirlər planı hazırlanır. İsveçrə tərəfi bunu “Azərbaycan ili” kimi qeyd etsə də, mən dörd aylıq mədəniyyət proqramı kimi qiymətləndirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR