Bank Of Baku

Viktoriya və Albert Muzeyində saxlanılan islam mədəniyyətinə aid nümunələr Azərbaycanda səgirlənəcək

Viktoriya və Albert Muzeyində saxlanılan islam mədəniyyətinə aid nümunələr Azərbaycanda səgirlənəcək
# 17 fevral 2009 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu il ərzində dünyanın beş ölkəsində Azərbaycan mədəniyyət günləri keçiriləcək. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, artıq beş ölkədə keçiriləcək mədəniyyət günləri ilə bağlı tədbirlər planı hazırlanır. Bununla yanaşı, il ərzində Azərbaycanda dünyanın doqquz ölkəsinin mədəniyyət günlərinin keçirilməsi ilə də bağlı artıq qərar qəbul edilib. Nazir deyib ki, bu tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin inkişafı ilə yanaşı, turizminə də müsbət təsir göstərir. Ə.Qarayev qeyd edib ki, bu ilin payız aylarında ilk dəfə olaraq Böyük Britaniyanın məşhur Viktoriya və Albert Muzeyində saxlanılan islam mədəniyyətinə aid nümunələr Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binasında səgirlənəcək. Sərgi “İslam üst geyimləri – Viktoriya və Albert Muzeyində” adı altında təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR