Bank Of Baku

Əbülfəs Qarayev: ”Dünyada gedən maliyyə böhranı mədəniyyət ocaqlarında təmir işlərinin aparılmasına təsir göstərmir”

Əbülfəs Qarayev: ”Dünyada gedən maliyyə böhranı mədəniyyət ocaqlarında təmir işlərinin aparılmasına təsir göstərmir”
# 17 fevral 2009 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət İncəsənət Muzeyinin I binasında aparılan əsaslı təmir işlərinin bu ilin martında başa çatdırılması nəzərdə tutulur. APA-nın məlumatıan görə, bunu mədəniyyət və turizm naziri Əblüfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, muzeydə saxlanılan sənət nümunələrinin daha keyfiyyətli qalması üçün xüsusi anbar hazırlnır: “Bu anbar Finlandiyadan gətirilən xüsusi materiallar əsasında quraşdırılır. Anbar hazır olandan sonra Azərbaycanın sənət nümunələrinin saxlanılması işi daha da yüksək səviyyədə aparılacaq”.
Nazir qeyd edib ki, hazırda İncəsənət Muzeyində maraqlı və yeni ekspozisiya hazırlanır. Bununla yanaşı, Dövlət Xalça Muzeyinin binasının tikintisi işi də uğurla davam etdirilir. Dövlət Xalça Muzeyinin binasının 2010-cu ildə təhvil verilməsi nəzərdə tutulur. Ə.Qarayevin bildirdiyinə görə, hazırda dünyada gedən maliyyə böhranı Azərbaycanın mədəniyyət sahəsinə heç bir mənfi təsir göstərməyəcək: “Bu maliyyə böhranı hazırda təmirdə olan mədəniyyət ocaqlarında təmir işlərin aparılmasına təsir göstərmir və belə bir halın olacağını güman etmirik. Ancaq maliyyə böhranının builki layihələrə hansısa bir təsirini istisna edə bilmərəm. Hələ ki, belə bir şey qeydə alınmayıb. Bunu gələcək göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR