Bank Of Baku

“Türkvision” musiqi yarışmasının keçirilməsi məsələsi müzakirə olunur

“Türkvision” musiqi yarışmasının keçirilməsi məsələsi müzakirə olunur
# 17 fevral 2009 16:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. TÜRKSOY təşkilatı çərçivəsində “Türkvision” musiqi yarışmasının keçirilməsi məsələsi müzakirə olunur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm Əbülfəs Qarayev deyib. O, TÜRKSOY-un Türkiyədə keçirilən son toplantısında bu məsələnin müzakirə olunduğunu bildirib: “Lakin biz Mədəniyyət və Turizm Nazirliyi olaraq hesab edirik ki, bu cür şoular, yarışlar daha çox gənclər siyasətinə aiddir. Biz belə müsabiqələrin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə yalnız yardım edə bilərik. Belə müsabiqələrin nə maliyyə, nə də təşkilatı məsələlərini biz həll etmirik. Gənclər və İdman Nazirliyi bu cür vəzifələrin öhdəsindən layiqincə gəlir”.

Ə. Qarayev əlavə edib ki, “Türkvision”un keçirilməsinə qərar verilsə, bu müsabiqə TÜRKSOY təşkilatı ilə yanaşı, dövlət səviyyəsində, həm də İctimai Televiziyanın iştirakı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR