Bank Of Baku

İSESCO-nun baş direktoru: “Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfü deyil”

İSESCO-nun baş direktoru: “Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfü deyil”
# 18 fevral 2009 07:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün “Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət İlinin açılışı tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın xəbərinə görə, qonaqlar daha sonra Şəhidlər Xiyabanında əbədi məşəlin önünə əklillər qoyublar.
Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri jurnalistlərə açıqlamasında qeyd edib ki, Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfü deyil: “Bu tədbirlərin keçirilməsi üçün Bakının seçilməsi əhəmiyyətli hadisədir. Bakı sivilizasiyaları bir-birinə qovuşdurur”.
Bakının gözəl, tarixi şəhər olduğunu bildirən baş direktor deyib ki, bu tədbirlərin keçirilməsi Azərbaycanın mədəniyyət sahəsində yeni uğurlara imza atması üçün zəmin olacaq.
Əbdüləziz bin Osman Əl-Tuveycri tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan prezidentinə minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR