Bank Of Baku

Hyustonda Azərbaycanla bağlı beynəlxalq festival keçiriləcək

Hyustonda Azərbaycanla bağlı beynəlxalq festival keçiriləcək
# 18 fevral 2009 08:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Hyustonda Azərbaycanla bağlı beynəlxalq festival keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə “Bakı İslam Mədəniyyətinin paytaxtı -2009” Mədəniyyət İlinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Hyuston Beynəlxalq Festivalının direktoru Carvis Conson bildirib. C. Conson deyib ki, bu tədbir ya 2010, ya da 2011-ci ildə baş tutacaq. Onun sözlərinə görə, festivalda Azərbaycan mədəniyyəti, musiqisi geniş təmsil olunacaq.
C. Conson Hyustonla Azərbaycan arasında münasibətləri genişləndirmək üçün bir sıra digər layihələrə imza atılacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR