Bank Of Baku

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə foto və rəsm sərgisi təşkil olunub

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə foto və rəsm sərgisi təşkil olunub
# 18 fevral 2009 15:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə foto və rəsm sərgisi təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsini böyük hadisə adlandırıb: “Azərbaycan Qərbin və Şərqin qovuşduğu bir nöqtədə yerləşir. Ölkəmizin, xüsusən də paytaxtımızın günü-gündən inkişaf etməsi ölkəmizdə gələcəkdə də önəmli tədbirlərin keçirilməsinə zəmin yaradacaq. Bugünkü sərgidə nümayiş olunan əsərlər bir azərbaycanlı rəssamın yox, başqa ölkənin rəssamına aiddir”.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri isə Bakıda start götürən tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluq duyduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR