Bank Of Baku

“Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət İlinin açılış mərasimi ilə bağlı xüsusi konsert proqramları təşkil olunub

“Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət İlinin açılış mərasimi ilə bağlı xüsusi konsert proqramları təşkil olunub
# 18 fevral 2009 16:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət İlinin açılış mərasimi ilə bağlı Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında xüsusi konsert proqramı təşkil olunub. APA-nın xəbərinə görə, konsertdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Dövlət Rəqs Ansamblı, bir sıra tanınmış sənətçilər çıxış edib.
Konsertin sonunda isə “Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət İlinin açılış mərasimi münasibəti ilə atəşfəşanlıq təşkil olunacaq.
Bu gün eyni zamanda Milli Parkda, Abdulla Şaiq adına Kukla Teatrının qarşısında da konsert proqramı başlanıb.
Qeyd edək ki, Mədəniyyət İlinin açılışı ilə bağlı tədbirlər sabah davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR