Bank Of Baku

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb
# 19 fevral 2009 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı-İlsam Mədəniyyətinin Paytaxtı -2009” Mədəniyyət İlinin açılış tədbirlərin iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə çıxış edən İSESCO-nun baş direktoru Azərbaycanın çox unikal bir ölkə olduğunu diqqətə çatdırıb. O bildirib ki, “Bakı – İslam Mədəniyyətinin Paytaxtı-2009” çərçivəsində keçirilən tədbirlərdə İslam ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfrans barədə ətraflı müzakirələr aparılır: “İslam mədəniyyəti deyəndə təkcə dinə bağlı olan tıdbirlərdən söhbət getmir. Təbii ki, mədəniyyət deyəndə bura həm dini, mədəniyyət və incəsənət tədbirləri nəzərdə tutulur. Bu baxımdan Bakı şəhərinin mədəni irsi İslam mədəniyyətinin paytaxtını xatırladır”.
Ə. Qarayev isə bugünkü görüşün əhəmiyyətindən danışıb. Görüşdə Azərbaycanda keçiriləcək İslam Konfransı Təşkilatına daxil olan ölkələrin mədəniyyət nazirlərinin gündəliyi müzakirə olunub. Ə. Qarayev deyib ki, artıq növbəti iki il müddətində Azərbaycan bu təşkialta sədrlik edəcək: “Bununla bağlı xüsusi plan hazırlanmasına qərar verdik. Mən hesab edirəm ki, hər belə bir görüş yeni bir mərhələni açır. Biz İSESCO ilə əməkdaşlığı çox möhkəm bir sütunlar üzərində qururuq. Keçirilən tədbirlərin mədəniyyətimizin daha da inkişafına zəmin yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR