Bank Of Baku

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili ilə əlaqədar çap olunmuş “Qədim Bakı” kitabının təqdimat mərasimi keçirilib

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili ilə əlaqədar çap olunmuş “Qədim Bakı” kitabının təqdimat mərasimi keçirilib
# 19 fevral 2009 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili ilə əlaqədar çap olunmuş “Qədim Bakı” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, Çingiz Qacarın müəllifi olduğu kitabda İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakı şəhərinin qədimliyindən bəhs olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müəllifin Qacar nəslindən olduğunu qonaqların diqqətinə çatdırıb: “Bakı qədimliyi ilə yanaşı həm də çox müasirdir. Müasir Bakını biz bu gün yaşayırıq və görürük. Qədimliyi ilə yanaşı müasirləşən Bakının günü-gündən inkişaf etməsi və gözəlləşməsi paytaxt sakinləri ilə yanaşı şəhərimizin qonaqları tərəfindən də maraqla qarşılanır”.
Nazir bildirib ki, kitab xarici ölkələrdə də yayımlanması üçün ingilis dilinə tərcümə olunacaq. Tədbirdə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri, Azərbaycan Mıədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Gürcüstanın mədəniyyə nazirini müavini Marine Çokaşvili və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR