Bank Of Baku

“Eurovision-2009” musiqi yarışmasının biletləri sabahdan satışa çıxarılacaq

“Eurovision-2009” musiqi yarışmasının biletləri sabahdan satışa çıxarılacaq
# 19 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. Üllkər Qasımova - APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” musiqi yarışmasının biletləri fevralın 20-dən satışa çıxarılacaq. APA-nın Rusiya İnternet saytlarına istinadən yaydığı xəbərə görə, artıq müsabqiənin bieltlərinin qiyməti də açıqlanıb. Məlumata görə, “Eurovision-2009” müsabiqəsinin biletləri 800-30 min rubl (22-830 ABŞ dolları) arasında satışa çıxarılacaq.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılacaq. Təşkilatçılar müsabiqə ərəfəsində nəqliyyat problemlərinin olacağını istisna etmirlər. “Eurovision-2009” müsabiqəsinə gələn qonaqlar “Olimpiyskiy” Kompleksin yaxınlığında yerləşdiriləcəklər. Həmin ərəfədə Moskvanın nəqliyyat sistemi, o cümlədən Moskva metropolitenin iş rejimi də dəyişdiriləcək. “Eurovision”un keçirilməsi üçün Moskva merinin göstərişi ilə iki həftədən çox, mayın 1-dən 16-na kimi vaxt ayrılıb. Yarımfinallar 12 və 14 mayda, final isə 16 mayda “Olimpiyskiy” İdman Kompleksində keçiriləcək. “Olimpiyskiy” İdman Kompleksi 25 min tamaşaçı tutumuna malikdir. Təşkilatçıların məlumatına görə, bu möhtəşəm bir mərasim olacaq. Təşkilatçılar rəsmi hissədən əlavə müsabiqədən kənar bir neçə layihə də hazırlayıblar. Bu layihələr arasında ““Eurovision” əfsanələri” adlı konsertin təşkili də nəzərdə tutulur. Həmin konsertdə bu müsabiqənin sonuncu illərindəki qaliblərinin çıxışları yer alacaq. Müsabiqəyə qonaq kimi dəvət olunanlar arasında Yelena Papariza, Dana İnterneşnl və Ruslana da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR