Bank Of Baku

Ayaz Qasımovun “Almalarınla” mahnısı Türk Müzik Birliyinin reklam rolikində istifadə olunub

Ayaz Qasımovun “Almalarınla” mahnısı Türk Müzik Birliyinin reklam rolikində istifadə olunub
# 19 fevral 2009 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qaısmvoa-APA. Türk Müzik Birliyi (TMB) kanalının yayıma başlaması ilə bağlı bütün hazırlıq işləri yekunlaşıb. Bu barədə APA-ya açıqlama verən TMB-nin Azərbaycan üzrə təmsilçisi Kamal Cenk İçten deyib ki, artıq birliyin reklam roliki tam hazırdır. O bildirib ki, ümumilikdə TMB-nin reklam rolikində Azərbaycanın gənc müğənnisi Ayaz Qasımovun “Almalarınla” mahnısından istifadə olunub: “Yaxın günlərdə bu reklam roliki TMB-də təmsil olunacaq ölkələrin televiziya kanallarında yayımlanmağa başlanacaq. Tanıtım rolikində də gördüyünüz kimi Azərbaycan mahnısından istifadə etmişik. Bu da Azərbaycana və Azərbaycan mədəniyyətinə olan böyük sevgidən irəli gəlir. TMB-ni Azərbaycanda kabel televiziyası vasitəsi ilə izləmək mümkün olacaq. Məhz “Almarınla” mahnısını seçməmizin səbəbi isə bu mahnının hit olmasıdır. Gələcəkdə də çalışacağaq ki, hit və hərəkətli mahnılara üstünlük verək”.
TMB-nin Azərbaycan üzrə təmsilçisinin bildirdiyinə görə, kanalda klipinin nümayiş olunması üçün 100 Azərbaycan sənətçisinin klipi TMB-nin rəhbərliyinə göndərilib: “Kanal yayıma başlayan gündən etibarən gün ərzində bir saat ərzində Azərbaycan sənətçilərinin klipləri nümayiş olunacaq. Hər gün başqa-başqa sənətçilərin kliplərini göstərilməsi nəzərdə tutulur. Əlbəttə ki, nümayiş olunması mahnının və klipin keyfiyyətindən asılıdır. Bu kanalın rəhbərliyi həm mahnının, həm də klipin keyfiyyətinə xüsusi önəm verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR