Bank Of Baku

Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının iclası keçirilib

Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının iclası keçirilib
# 20 fevral 2009 14:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Televiziya və radio yayımı haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər müzakirə edilib. Komissiyanın sədri Nizami Cəfərov bildirib ki, layihədə özəl yayımçı, teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xitam verilməsi, reklamın yayımlanması və digər maddələrə bir sıra əlavələrin, dəyişikliklərin edilməsi nəzərdə tutulur: “Bu dəyişikliklər qanunda mövcud olan boşluqları aradan qaldıracaq və onun beynəlxalq standartlara uyğunluğunu təmin edəcək”.
İclasda “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi məsələsinə də baxılıb. Bildirilib ki, bu qanuna təklif olunan dəyişikliklərdə kütləvi informasiya vasitələrinin istehsalının, yayımının dayandırılması və ya ona xitam verilməsi qaydaları dəqiqləşdirilib.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR